Yaponiyada anomal istilər səbəbindən 5 nəfər ölüb, minlərlə insan xəstəxanalara yerləşdirilib
Digər ölkələr
- 23 avqust, 2016
- 04:18
Bakı. 23 avqust. REPORT.AZ/ Yaponiyada anomal istilər 5 nəfərin ölümünə səbəb olub.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin fövqəladə hallar, təcili yardım funksiyalarını həyata keçirən Baş Yanğın İdarəsi xəbər yayıb.
Məlumata görə, son həftə ərzində 5,4 mindən çox insan xəstəxanalara yerləşdirilib.
Dövlət orqanının məlumatına görə, istilərdən daha çox 65 yaşdan yuxarı sakinlər əziyyət çəkir.
Qeyd edək ki, Yaponiyada anomal istilər iyunun ortalarından davam edir. Təkcə iyulda 30 mindən çox insan xəstəxanalara yerləşdirilib.
Havaların isti keçməsi ötən il 100-dən çox insanın ölümünə, 53 min insanın xəstəxanalara yerləşdirilmələrinə səbəb olub.
Son xəbərlər
15:42
"Everton" Ceyms Qarnerin "Çelsi"yə transferinə razılıq verməyib
Futbol15:37
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib
Xarici siyasət15:30
"Barselona" Federiko Dimarkonu azad agent kimi heyətinə cəlb etmək istəyir
Futbol15:29
Azərbaycan Türkiyəyə soğan tədarükünü bərpa edib
İKT15:14
Hindistanın XİN rəhbəri: Ukraynada müharibə neftin və digər resursların alınmasına qadağa ilə həll olunmayacaq
Digər ölkələr15:14
"Jirona"dan ayrılan Azzedine Unai Yunanıstan klubuna transfer olub
Futbol15:11
Foto
"YAŞAT" Fondunun təşkilatçılığı ilə şəhid övladları Çanaqqalaya gedib
Daxili siyasət15:06
Kanar adalarına keçməyə cəhd edən 80-dən çox qambiyalı miqrant ölüb
Digər ölkələr14:58