"Jirona"dan ayrılan Azzedine Unai Yunanıstan klubuna transfer olub

Futbol
  • 03 sentyabr, 2026
  • 15:14
Jironadan ayrılan Azzedine Unai Yunanıstan klubuna transfer olub

Yunanıstanın "Panatinaikos" komandası Mərakeş millisinin yarımmüdafiəçisi Azzedine Unai ilə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

A.Unainin son klubu İspaniyanın "Jirona" komandası olub. O, 2025/2026 mövsümündə komandanın heyətində 24 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mərakeşli yarımmüdafiəçi daha əvvəl də "Panatinaikos"da çıxış edib. O, 2024/2025 mövsümündə Yunanıstan klubunun formasını geyinib.

Azzedine Unai karyerası ərzində həmçinin Fransanın "Marsel" və "Anje" klublarında oynayıb.

"Transfermarkt" portalı futbolçunun hazırkı bazar dəyərini 18 milyon avro qiymətləndirir.