Hindistanın XİN rəhbəri: Ukraynada müharibə neftin və digər resursların alınmasına qadağa ilə həll olunmayacaq
- 03 sentyabr, 2026
- 15:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya-Ukrayna müharibəsi neftin və digər bahalı resursların alınması və ya bundan imtina edilməsi ilə həll olunmayacaq.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subarmanyana Cayşankar sentyabrın 3-ü Kiyevə səfəri zamanı mətbuat konfransında bildirib.
S. Cayşankar qeyd edib ki, Hindistan əhalisinin özünün enerji ilə təmin edilməsi ilə bağlı çətinlikləri var:
"Mən hesab edirəm ki, 1 milyard 400 milyon insanı enerji ilə təmin etməyin mürəkkəbliyini dərk edirsiniz. Dünyada enerji ilə bağlı vəziyyət çox mürəkkəbdir. Ukraynanın bu məsələ ilə bağlı öz mövqeyi var və Hindistan da buna hörmət edir, biz öz mövqeyimizə də hörmət edilməsini gözləyirik".
Hindistanın XİN başçısı qeyd edib ki, bu müharibə diplomatiya və danışıqlar yolu ilə həll olunacaq:
"Artıq beşinci ildir davam edən bu münaqişə kiminsə neft, alüminium oksidi, minerallar, metallar və ya gübrələr alıb-almaması səbəbindən həll olunmayacaq. Bu münaqişə dialoq, diplomatiya və danışıqlar vasitəsilə həll olunacaq və məhz buna görə biz ancaq danışıqları dəstəkləyirik".