Yaponiyada zəlzələ nəticəsində 50 nəfər yaralanıb- YENİLƏNİB-2

Digər ölkələr
  • 28 iyul, 2026
  • 13:32
Yaponiyada zəlzələ nəticəsində 50 nəfər yaralanıb- YENİLƏNİB-2

Yaponiyada baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində 50-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

"Zəlzələ nəticəsində yaralanan azı 50 nəfər xəstəxanaya çatdırılıb", - məlumatda qeyd edilib.

Onlardan 10 nəfər qocalar evində xəsarət alıb.

Bundan əlavə, binalar zədələnib, həmçinin Ueyanaqi körpüsünün bir hissəsi çöküb və çaya düşüb.

Zəlzələdən sonra Kumamoto prefekturasında həmçinin seysmik intensivliyi 6 maqnitudalı və ondan yuxarı olan bir sıra yeraltı təkanlar baş verib.

Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələdən sonra ölkənin Baş naziri Sanae Takaiçi ictimaiyyəti təxliyə barədə məlumatlandırmağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Baş nazir, həmçinin aidiyyəti nazirlik və qurumlara zərərin miqyasını operativ şəkildə qiymətləndirməyi, bütün səyləri zərərçəkənlərə yardım göstərilməsinə yönəltmək üçün yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməyi tapşırıb.

Medianın məlumatına görə, Kumamoto prefekturasında ehtimal ki, bir neçə nəfər xəsarət alıb.

Qeyd edilib ki, zəlzələdən sonra bir sıra afterşoklar baş verib. Sunami təhlükəsi qalmaqdadır.

Kumamoto hava limanının uçuş-enmə zolağı bağlanıb, dörd reys artıq ləğv edilib. Eyni zamanda, zəlzələdən sonra Kyuşu regionunda sürət və şəhərətrafı qatarların hərəkəti dayandırılıb.

Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri Kumamoto prefekturasının Kumamoto rayonunda, təxminən 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.