Yaponiya ilə Koreya liderlərinin görüşünə dair razılıq əldə olunub
- 23 noyabr, 2019
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Koreya Respublikasının prezidenti Mun Ce-in ilə Yaponiyanın baş naziri Şinzo Abe arasında ikitərəfli görüşün keçirilməsinə dair razılıq əldə olunub.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, görüş dekabrın sonunda Çinin Siçuan əyalətinin mərkəzi Çenqdu şəhərində keçirilməsi planlaşdırılan Koreya-Yaponiya-Çin üçtərəfli zirvə görüşü çərçivəsində baş tutacaq.
Koreya xarici işlər naziri Kan Kyun-vha noyabrın 22-23-də Naqoyada keçirilən G20 ölkələri xarici işlər nazirlərinin görüşündə yaponiyalı həmkarı Toşimitsu Motegi və ABŞ dövlət katibinin müavini Con Sallivanla bununla bağlı danışıqlar aparıb.
Qeyd edək ki, ötən gün Koreya tərəfi Yaponiya ilə Hərbi Məlumatların Baş Təminatı (GSMİA) sazişindən çəkilmək qərarından daşınmışdı. İki ölkə arasındakı gərginlik 1910-1945-ci illərdə Yaponiya tərəfindən Koreya yarımadasının işğalı zamanı koreyalıları kölə kimi işlətdiklərinə görə təzminat məsələsinin qaldırılması ilə bağlı yaranıb.