Yaponiya balinaların ovuna yenidən başlaya bilər

Digər ölkələr
  • 30 iyun, 2019
  • 02:26
Yaponiya balinaların ovuna yenidən başlaya bilər

Yaponiyanın Balinalar üzrə Beynəlxalq Komissiyadakı (IWC) üzvlüyünün müddəti başa çatıb və ölkə onların tutulmasını yeniləyə bilər.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, yapon balıqçılarına ölkənin ərazi sularında və xüsusi iqtisadi zonada balina ovlamalarına icazə veriləcək. Lakin bu, Antarktidanın sularına aid deyil.

Yaponiya hökuməti keçən ilin dekabrında IWC-dən çıxdığını elan edib. Buna görə də Avstraliya da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən tənqidə məruz qalıb.