WSJ: Misir Qəzza zolağından olan qaçqınların öz ərazisinə daxil olmasına icazə verə bilər

Digər ölkələr
  • 13 oktyabr, 2023
  • 23:28
WSJ: Misir Qəzza zolağından olan qaçqınların öz ərazisinə daxil olmasına icazə verə bilər

Qahirə və Vaşinqton Fələstinin Qəzza zolağında yaşayanların oradan Misir ərazisinə təxliyə edilməsinə imkan verəcək razılığa yaxındır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal”a yüksəkvəzifəli misirli məmur bildirib.

Xatırladaq ki, daha öncə Misir Qəzza zolağından mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılmasına dair istənilən təklifdən imtina edib və İsrail ordusunun sözügedən bölgənin şimal rayonlarından əhalinin təxliyəsi tələbini rədd edərək, bu tədbiri beynəlxalq hüququn pozulması və milyondan çox Fələstin vətəndaşının həyatına təhdid adlandırıb.

44 filmi