Vyetnam prezidenti müalicəsi olmayan xəstəlikdən ölüb

Digər ölkələr
  • 21 sentyabr, 2018
  • 12:34
Vyetnam prezidenti müalicəsi olmayan xəstəlikdən ölüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Vyetnam prezidenti Çan Dai Kuanq nadir və hazırda müalicəsi olmayan viruslu xəstəliyə tutulubmuş.

“Report” Vyetnam KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Tibbi İdarəsinin rəhbəri Nquen Kuok Çeu məlumat verib.

"Ölkə başçısı 2017-ci ilin iyun ayında xəstələndikdən sonra altı dəfə Yaponiyada müalicə olunub. Həmin xəstəliyin müalicəsi müasir tibbdə mövcud deyil, onu yalnız ləngitmək mümkündür”, - Nquen Kuok Çeu deyib.

Qeyd edək ki, Çan Dai Kuanq bu gün 61 yaşında vəfat edib.