"Formula 1": Corc Rassell Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib - YENİLƏNİB

İdman
  • 24 sentyabr, 2026
  • 13:30
Formula 1: Corc Rassell Bakıdakı ilk sərbəst yürüşdə ən yaxşı nəticəni göstərib - YENİLƏNİB

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

"Report"un məlumatına görə, ən yaxşı nəticəni "Mersedes" pilotu Corc Rassell göstərib.

"Red Bull"dan Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

"Report"un məlumatına görə, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.

Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.

Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.