"Birbaşa Bakı" Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

Futbol
  • 24 sentyabr, 2026
  • 13:19
Birbaşa Bakı Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

"Birbaşa Bakı" komandası minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi yer aldığı E qrupunda Macarıstanın "Çikaqo Bandur" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "Birbaşa Bakı"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mirmehdi Rzayev (22), Elvin Əlizadə (27), Eşqin Tağıyev (28) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, komanda ilk görüşündə İngiltərə təmsilçisi "Ardeleni"ni 3:2 hesabı ilə məğlub etmişdi.