Vuçiç jandarmın şəxsi heyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı tapşırıq verib

Digər ölkələr
  • 01 iyul, 2026
  • 02:39
Vuçiç jandarmın şəxsi heyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı tapşırıq verib

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, jandarm ölkənin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Report"un Balkan bürosunun xəbərinə görə, dövlət başçısı bu barədə Belqrad yaxınlığındakı Lipovitsa bazasında elit polis bölməsinin imkanlarının nümayişi zamanı danışıb.

O, komandirlərə bildirib ki, bölmənin şəxsi heyətinin sayının yüksək səviyyədə saxlanılması vacibdir.

Polis rəisi Draqan Vasilyeviç buna cavab olaraq Xüsusi Antiterror Bölməsinin (SAJ) əməkdaşlarının kütləvi şəkildə xidmətdən ayrılması ilə bağlı yayılan məlumatları təkzib edib.

Jandarmın komandanı, polkovnik Radoslav Repats isə qeyd edib ki, rəhbərlik etdiyi bölmədə 170 vakant yer üçün 1 300 nəfər müraciət edib və onlardan 183 nəfər sınaqlardan uğurla keçib.