Vens: Qəzzadan İsrail girovlarının cəsədlərinin qaytarılması vaxt aparacaq
Digər ölkələr
- 21 oktyabr, 2025
- 23:24
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qəzza zolağında qalan 15 girovun qalıqlarının qaytarılmasının mürəkkəb iş olduğunu və bir gecədə baş verməyəcəyini deyib.
"Report"un "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, o, bu barədə atəşkəs rejiminə nəzarət mərkəzində keçirilən mətbuat konfransında bildirib.
"Bu, mürəkkəbdir və bir gecədə baş verməyəcək. Onların bəziləri minlərlə funt dağıntılar altında basdırılıb. Bəzilərinin yeri hətta məlum deyil", - o əlavə edib.
Vens onu da qeyd edib ki, HƏMAS-ın demilitarizasiyası da müəyyən vaxt aparacaq. Onun sözlərinə görə, Vaşinqton lazımi təhlükəsizlik şəraitini və atəşkəsin həyata keçirilməsini təmin etmək üçün humanitar struktur yaratmaq üçün tərəfdaşlarla işləyir.
Son xəbərlər
14:40
Pakistanda məsciddə baş verən partlayış nəticəsində 15 nəfər ölüb - YENİLƏNİB-3
Digər ölkələr14:39
AFFA oyunu yarımçıq tərk edən komandaya texniki məğlubiyyət verib
Futbol14:27
Azərbaycan Premyer Liqasında çıxış edən üç bölgə klubu cərimələnib
Futbol14:24
Françesko Totti "Roma" klubuna qayıda bilər
Futbol14:23
Nazir: "Sağlam məhəllə" layihəsi ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək
İnfrastruktur14:18
Dövlət Departamenti: ABŞ yalnız bir ölkə ilə nüvə silahları üzrə saziş bağlamağı uyğun hesab etmir
Digər ölkələr14:13
Peskov: Rusiya və ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar
Region14:10
Səfir: İordaniya Azərbaycan vasitəsilə Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxışa ümid edir - MÜSAHİBƏ
Biznes14:09