Venesuelada nümayişçilərə hücum etməyi planlaşdıran qruplaşma zərərsizləşdirilib
Digər ölkələr
- 23 yanvar, 2019
- 06:17
Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın Milli Silahlı Qüvvələri üzvləri bugünkü nümayiş iştirakçılarına hücum etməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Suliya ştatının qubernatoru Omar Prieto qruplaşma üzvlərindən birinin öldürüldüyünü, digərinin isə axtarıldığını bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı qumbara, avtomat, səsboğucu və hərbi formalar aşkarlanıb.
Qeyd edək ki, Venesuelanın müxtəlif şəhərlərində Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları başlayıb. Bu günə ölkədə həm hökumət əleyhdarlarının, həm də hazırkı prezidentin tərəfdarlarının yürüşləri planlaşdırılır. Yerli mətbuatın yazdığına görə, etirazlarda artıq 2 nəfər ölüb, 2-si də yaralanıb.
Son xəbərlər
18:48
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
Elm və təhsil18:45
Rusiya Krivoy Roqdakı ticarət mərkəzinə zərbə endirib, azı 2 nəfər ölüb - ƏLAVƏ OLUNUB
Digər ölkələr18:42
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
Fərdi18:42
FİFA Paredesi DÇ-2026-nın final matçından sonrakı hərəkətlərinə görə diskvalifikasiya edib
Futbol18:35
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
Ekologiya18:28
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur18:23
Gəncədə 49 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir
Hadisə18:21
Foto
Zəka Mirzəyev Tovuzda vətəndaş qəbulu keçirib
Daxili siyasət18:20