Vəkili Əhmədinejadın saxlanılması ilə bağlı xəbəri təkzib edib - YENİLƏNİB
- 07 yanvar, 2018
- 17:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 yanvar. REPORT.AZ/ İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.
"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", - deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.
Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.
***14:02
Bakı. 7 yanvar. REPORT.AZ/ İranın keçmiş prezidenti Mahmud Əhmədinecad həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Al-Quds Al-Arabi" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.
Bu halda o, prezident Həsən Ruhani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.