Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 26 may, 2018
  • 12:54
Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 26 may. REPORT.AZ/ Uqandada yol qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Uqanda Nümayəndəliyi məlumat yayıb.

BQXK-nın Uqanda Nümayəndəliyinin rəsmisi İren Nakasiita yol qəzasında 16-sı uşaq olmaqla, 48 nəfərin öldüyünü açıqlayıb. 

*** 11:04

Uqandada ağır yol qəzası baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə Kiryandoqo rayonunda qeydə alınıb. 

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var. 

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.