MSK: Zelenski və Poroşenko Ukraynada prezident seçkilərinin ikinci turuna çıxıblar - FOTO

Digər ölkələr
  • 04 aprel, 2019
  • 03:54
MSK: Zelenski və Poroşenko Ukraynada prezident seçkilərinin ikinci turuna çıxıblar - FOTO

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin prezident seçkilərinin nəticələrinə dair protokolların hamısını hesablayıb.

"Report" Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, MSK-nın nəticələrinə əsasən, aktyor və şoumen Vladimir Zelenski liderliyini qorumaqda davam edir. O, seçkilərdə 30,24% səs toplayıb.

Rəsmi nəticələrə görə, ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.

Digər namizəd - "Batkivşina" Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib. 

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

44 - Tezliklə