Ukraynada deputatların müqavilə ilə orduda xidmətinə icazə verən qanunun qəbuluna çağırış edilib

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 18:13
Ukraynada deputatların müqavilə ilə orduda xidmətinə icazə verən qanunun qəbuluna çağırış edilib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun "Avropa həmrəyliyi" partiyasının Ali Radada fraksiyasının həmsədri İrina Geraşenko parlamenti deputatların müqavilə əsasında orduda xidmətinə icazə verən qanunun qəbul etməsinə çağırıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı layihə ilk oxunuşda 2022-ci ildə qəbul edilib.  

Qanun layihəsi "Ukrayna xalq deputatı statusu haqqında" qanuna və Ali Radanın Reqlamentinə dəyişiklik etməyi nəzərdə tutur. 

Dəyişikliyə əsasən, deputat müharibə zamanı müqavilə əsasında Ukrayna silahlı qüvvələrində, ərazi müdafiə qüvvələri və ərazi könüllü qüvvələri sıralarında xidmət edə bilərlər. 

Hazırda Ali Radanın deputatları müharibədə müqavilə olmadan, yalnız könüllülük əsasında iştirak edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti