Ukrayna üzrə təhlükəsizlik və bərpa ilə bağlı əsas sənədlərin layihələri hazırlanıb

Digər ölkələr
  • 23 dekabr, 2025
  • 16:20
Ukrayna üzrə təhlükəsizlik və bərpa ilə bağlı əsas sənədlərin layihələri hazırlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfi ilə danışıqların nəticələrinə dair əsas sənədlərin layihələrinin hazırlandığını bildirib.

"Report"un məlumatına görə, o bu barədə öz telegram kanalında yazıb.

"Rustem Umerov və Andrey Qnatovun amerikalı heyət ilə görüşlərinin nəticələrinə dair ətraflı hesabatı. Biz Trampın nümayəndələri ilə məhsuldar işlədik və hazırda bir neçə sənədin layihəsi hazırlanıb. Xüsusən də, Ukrayna üçün təhlükəsizlik zəmanətləri, bərpa məsələləri, eləcə də bu müharibəni bitirmək üçün əsas çərçivə haqqında sənədlərdən söhbət gedir", - deyə o yazıb.

O qeyd edib ki, bu günə olan müddəalar müharibənin real şəkildə sona çatması və üçüncü Rusiya müdaxiləsinin qarşısının alınması vəzifəsinə uyğun olacaq şəkildə təsbit edilib.

"Danışıqların və görüşlərin hər mərhələsi Ukrayna maraqlarının müdafiəsini gücləndirir", - deyə Ukrayna Prezidenti vurğulayıb.

V.Zelenski həmçinin dəstək və səylərin əlaqələndirilməsinə görə Avropa tərəfdaşlarına təşəkkürünü bildirib və ABŞ ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, diplomatik səylər Rusiyaya beynəlxalq təzyiqin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi ilə müşayiət olunmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti