Ukrayna müdafiə nazirinin müavini: Hərbi səfərbərlik sistemində köklü dəyişikliklər olacaq

Digər ölkələr
  • 15 iyun, 2026
  • 16:37
Ukrayna müdafiə nazirinin müavini: Hərbi səfərbərlik sistemində köklü dəyişikliklər olacaq

Ukraynada hərbi səfərbərlik sistemi və hərbi komissarlıq fəaliyyətində köklü dəyişikliklər ediləcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna müdafiə nazirinin müavini Mistislav Banik Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə islahat birbaşa hərbi uçot qaydalarını pozmağa görə axtarışda olan və xidmət keçməyən vətəndaşlara aid olacaq:

"Səfərbərlikdən yayınmanın səbəblərindən biri qeyri-müəyyənlik qorxusudur. Bəziləri hazırda öz perspektivlərini belə görür ki, səfərbərliklə gedəcək və heç vaxt qayıtmayacaq. Qorxur ki, döyüşlərə qatılsa geri dönməyəcək. Qorxur ki, bu xidmətin nə vaxt bitəcəyini anlamayacaq. Buna görə islahatlarda konkret xidmət müddəti, xidmət yerlərinə uyğun müvafiq müddətlər olaraq, göstəriləcək"- deyə, o, əlavə edib.

Nazir müavini deyib ki, Ukrayna ordusunda müharibə getdiyi müddətdə tam demobilizasiyadan söhbət getməyəcək.