Ukrayna Almaniyadan "Patriot" zenit-raket sistemləri alıb
Digər ölkələr
- 02 noyabr, 2025
- 19:33
Ukrayna Almaniyadan "Patriot" zenit-raket sistemləri alıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Biz Ukraynanın hava hücumundan müdafiə sistemində "Patriot" komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Mertsə təşəkkür. Biz vaxtilə bu hava hücumundan müdafiənin gücləndirilməsini hazırlamışdıq və indi əldə edilən razılaşmalar yerinə yetirilib", - deyə o yazıb.
Ukrayna lideri çatdırılan sistemlərin miqdarını açıqlamayıb.
Zelenski əlavə edib ki, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün gələcək birgə addımlar barədə danışıqlar həm hökumət səviyyəsində, həm də birbaşa sistem istehsalçıları ilə davam edir.
Son xəbərlər
13:08
Azərbaycanda çovğun müşahidə edilir
Ekologiya13:01
Nigeriyada cinayətkar dəstənin hücumu nəticəsində ən azı 35 nəfər ölüb
Digər ölkələr12:50
AMB-nin sədri: "Sahəvi banklara ehtiyac yoxdur"
Maliyyə12:47
Taleh Kazımov: "Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Maliyyə12:43
"Qarabağ" akademiyasının komandaları beynəlxalq turnirlərə dəvət alıblar
Futbol12:36
Taleh Kazımov: "Son 20 ildə əhali 17 milyard dollarlıq xalis xarici valyuta alıb"
Maliyyə12:36
Foto
Video
Lənkərandakı 5 saylı Uşaq evində 35 azyaşlı dövlət himayəsində yaşayır
Sosial müdafiə12:29
Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq
Digər12:23