Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada PKK-ya qarşı reydlər keçirib
- 07 avqust, 2015
- 09:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələri cümə günü səhər tezdən "Kürd Fəhlə Partiyası" (PKK) üzvlərinə qarşı Ankarada anti-terror əməliyyatı keçirib. Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.
Polis qaynaqlarından əldə olunan məlumata görə, Ankarada Regional jandarm qüvvələri dəstələri Türkiyə, ABŞ və AB-də terror təşkilatları siyahısına daxil edilən "PKK-nın şəhər təşkilatı"na qarşı eyni vaxtda beş müxtəlif yerlərdə reydlər həyata keçirib.
Cümə günü keçirilən reydlər "İslam Dövləti" qruplaşması və PKK-ya qarşı Ümraniye məhəlləsində İstanbul polisinin cümə axşamı keçirdiyi buna bənzər anti-terror əməliyyatlarının ardınca baş tutub. Qeyd olunur ki, çərşənbə günü polis İstanbulun Okmeydanı rayonunda bombanı zərərsizləşdirib.