Türkiyə və Avstriyanın XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Digər ölkələr
  • 14 aprel, 2023
  • 13:34
Türkiyə və Avstriyanın XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Çavuşoğlu tviter səhifəsində yazıb.

"Biz iqtisadiyyat, ticarət və mədəniyyət sahəsində əməkdaşlığı davam etdirəcəyik. Görüş zamanı Ukrayna, Suriya və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik", - paylaşımda deyilir.

Çavuşoğlu Türkiyədə baş vermiş zəlzələ zamanı göstərdiyi köməyə görə Avstriyaya təşəkkürünü bildirib.

44 filmi