Tunis sahillərində 178 qanunsuz miqrant xilas olundu
Digər ölkələr
- 27 iyun, 2021
- 21:58
Tunisin cənub-şərq sahillərində təxminən 180 qeyri-leqal miqrant xilas edilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Banqladeş, Misir və Afrikanın başqa ölkələrinin vətəndaşlarıdır.
Tunisin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, ölkənin Hərbi-Dəniz Qüvvələri Medenin şəhəri sahillərində miqrantların olduğu qayığı aşkarlayıb.
Qeyd edilir ki, qayıqdan 178 nəfər xilas edilib, bundan başqa, iki miqrantın meyiti aşkarlanıb. Onların ölüm səbəbi açıqlanmır.
Hər il minlərlə miqrant kiçik gəmi və ya qayıqlarla yaxşı həyat ümidi ilə Afrikadan Aralıq dənizinə doğru istiqamələnir. Miqrantların bir hissəsi Avropaya çatır, ancaq dənizdə həlak olanlar da minlərlədir.
Son xəbərlər
23:31
Antonio Nusa Fildişi Sahili - Norveç oyununun ən yaxşısı seçilib
Futbol23:30
Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəfdir - YENİLƏNİB
Region23:20
ABŞ Ali Məhkəməsi seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı məhdudiyyəti ləğv edib
Digər ölkələr23:09
Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq
Region22:58
Foto
DÇ-2026: Erlinq Holannın vurduğu qol Norveçi tarixində ilk dəfə 1/8 finala çıxarıb - YENİLƏNİB-6
Futbol22:44
Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Digər ölkələr22:39
Venesuelada zəlzələ qurbanlarının sayı 1 900-ü ötüb, 10 mindən çox insan yaralanıb
Digər ölkələr22:22
Fars körfəzi ölkələri və ABŞ "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq edib
Digər ölkələr22:10