Füzulidə "Qarabağda Yenidən Doğan Səslər" adlı tədbir keçirilib
- 30 iyun, 2026
- 22:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Füzulidə "Qarabağda Yenidən Doğan Səslər" adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumat Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Füzulidə keçirilən "Qarabağda Yenidən Doğan Səslər" adlı tədbirdə musiqi, yaradıcılıq və inklüzivlik bir araya gəlib", - məlumatda bildirilib.
Qeyd olunub ki, uşaqların çıxışları və əl işləri Qarabağda yenidən doğulan həyatın ən səmimi ifadələrindən biri olub.
Füzulidə keçirilən “Qarabağda Yenidən Doğan Səslər” adlı tədbirdə musiqi, yaradıcılıq və inklüzivlik bir araya gəlib. Uşaqların çıxışları və əl işləri Qarabağda yenidən doğulan həyatın ən səmimi ifadələrindən biri olub.#Ağdam #Füzuli #Xocavənd pic.twitter.com/YWGPBzxMR1
— Special representation in Ağdam Fuzuli Khojavend (@afx_xn) June 30, 2026