Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq

Region
  • 30 iyun, 2026
  • 23:09
Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq

Sabah İstanbul boğazından 5 gəminin təntənəli keçidi təşkil ediləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"1 iyul Dənizçilik və Kabotaj Bayramının 100-cü ildönümü çərçivəsində, Dəniz Qüvvələri Komandanlığı tərəfindən 15 gəmi ilə 15 liman ziyarəti və 5 gəmi ilə İstanbul Boğazında mərasim keçidi icra ediləcək", - məlumatda bildirilib.

Bildirilir ki, vətəndaşların gəmilərlər yaxından tanışlığına imkan yaradılacaq: "Kabotaj hüququnun 100-cü ili dənizlərdə və liman şəhərlərində coşqu ilə qeyd ediləcək.

Bütün xalqımız dəvətlidir".

44 - Tezliklə