Trampın silahdaşının qətlindən sonra Ağ Ev mühasirəyə alınıb
Digər ölkələr
- 11 sentyabr, 2025
- 10:37

ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin öldürülməsindən sonra Ağ Evin ətrafında müdafiə qurğuları quraşdırılıb və bir neçə küçə bağlanıb.
Bu barədə "Report" "The Washington Post"a istinadən məlumat verir.
Hadisə sentyabrın 10-da baş verib.
Çarli Kirk Yuta Vadisi Universitetinin kampusunun həyətində çıxış edərkən güllələnib. Güllə onun boynuna dəyib. Fəal daha sonra xəstəxanada vəfat edib.
Şahidlər nəşrə bildiriblər ki, universitetdəki tədbir iştirakçılarının çantaları yoxlanılmayıb. Bununla belə, polis və Çarli Kirkin şəxsi mühafizəçiləri də orada olub.
Çarli Kirk Respublikaçılar Partiyasını və ABŞ Prezidenti Donald Trampı dəstəkləyirdi. O, tez-tez media platformalarında çıxış edir, kolleclərdə mühazirələr oxuyur və debatlar keçirirdi.
Son xəbərlər
13:09
"Zirə" yeni transferini açıqlayıb
Futbol13:04
Nazir: Müəllimlər sinif otaqlarının təmirinə məcbur edilə bilməz
Elm və təhsil13:04
Gümrü merinin oğlu saxlanılıb
Region13:02
Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək
Daxili siyasət13:02
Azərbaycanda nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi online təqdim ediləcək
İKT13:01
Foto
Bioloji aktiv qida məhsullarının qeydiyyat prosesi elektronlaşdırılır
Sağlamlıq12:59
Təyyarədə sərnişinlərin yük yerlərindən oğurluqda şübhəli bilinən əcnəbilər saxlanılıb
Hadisə12:58
Azərbaycanda nəqliyyatın texniki baxışdan keçməsi ilə bağlı prosedur sadələşdirilib
İKT12:57