Tramp Vaşinqtonu Baydenin inauqurasiyasından əvvəl tərk edəcək
Digər ölkələr
- 20 yanvar, 2021
- 04:31
ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Evdə bildirilib.
Qeyd edilir ki, Donald Tramp və birinci xanım Melanya Tramp yerli vaxtla səhər saat 8-də Floridaya yola düşəcəklər, halbuki inauqurasiya günortaya nəzərdə tutulub.
Tramp daha əvvəl bildirib ki, mərasimdə iştirak etməyə hazırlaşmır.
Qeyd edək ki, daha əvvəl Co Bayden Birləşmiş Ştatların hazırkı dövlət başçısı Donald Trampın özünün inaqurasiyasında iştirak edəcəyinə ümidini ifadə edib. Bayden əlavə edib ki, Trampın gəlişi "hakimiyyətin sülh yolu ilə ötürülməsini nümayiş etdirəcək".
Son xəbərlər
00:08
Almaniyada metallurgiya sənayesi üzrə iş yerlərinin azalacağı gözlənilir
Digər ölkələr23:46
Foto
Leyla Əliyeva və Alena Əliyeva "Romeo və Cülyetta" tamaşasını izləyiblər
Mədəniyyət siyasəti23:34
"Çelsi"ni məğlub edən "Aston Villa" ardıcıl 11-ci qələbəsini qazanıb
Futbol23:22
Foto
Qərb bölgəsində güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib
İnfrastruktur23:04
İran Prezidenti: Biz ABŞ, Avropa və İsraillə tammiqyaslı müharibədəyik
Region22:55
Sabirabadda avtomobil kanala aşıb, ölən var
Hadisə22:42
ABŞ Kamboca və Tailandı sülh sazişinin öhdəliklərini yerinə yetirməyə çağırıb
Digər ölkələr22:31
Pezeşkian: İranın problemlərini təkbaşına həll edə bilmərəm
Region22:12
Foto