Tramp QUAD ölkələrinin tərəfdaşlığını dünyada ən mühüm tərəfdaşlıqlardan biri adlandırıb

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 15:36
Tramp QUAD ölkələrinin tərəfdaşlığını dünyada ən mühüm tərəfdaşlıqlardan biri adlandırıb

Təhlükəsizlik üzrə Dördtərəfli Dialoqun (QUAD) ölkələri regional, iqtisadi təhlükəsizlik və diplomatiya məsələləri üzrə fəaliyyətlərini sıx şəkildə koordinasiya edirlər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Manilada keçirilən ASEAN sammiti çərçivəsində QUAD ölkələri - Avstraliya, Hindistan və Yaponiya liderləri ilə görüşündə bildirib.

ABŞ liderinin sözlərinə görə, QUAD sammiti xüsusi əhəmiyyət kəsb edib və 4 ölkə arasında əməkdaşlıq format bərpa olunduğu vaxtdan bəri möhkəmlənməkdə davam edir. O, 4 dövlətin tərəfdaşlığını dünyada ən mühüm tərəfdaşlıqlardan biri adlandırıb, onların ən uğurlu və nüfuzlu ölkələr sırasına daxil olduğunu qeyd edib.

"Bizim ölkələrimiz azad, açıq, sabit və firavan Hind-Sakit okean regionunun dörd sütunudur", - Tramp deyib.

ABŞ Prezidenti vurğulayıb ki, Avstraliya, Hindistan və Yaponiyanın liderləri ilə müntəzəm əlaqə saxlayır, onlar hər hansı problem yarandıqda və ya müəyyən məsələləri müzakirə etmək zərurəti olduqda ona müraciət edə bilərlər.

"Telefonum həmişə əlçatandır, Oval kabinetin qapıları isə üzünüzə həmişə açıqdır", - o bildirib.