Tramp APEC sammitində Putinlə ikitərəfli görüşünü istisna etməyib

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 15:46
Tramp APEC sammitində Putinlə ikitərəfli görüşünü istisna etməyib

ABŞ Prezidenti Donald Tramp imkan yaranacağı halda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirə biləcəyini bildirib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, o, bunu Manilada keçirilən ASEAN sammiti çərçivəsində Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD - Quadrilateral Security Dialogue) ölkələrinin - Avstraliya, Hindistan və Yaponiyanın liderləri ilə görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Bilmirəm. Belə bir imkan yaranarsa, görüş keçirərdim", - Tramp deyib.

Eyni zamanda ABŞ lideri vurğulayıb ki, o, sammitdə Çin tərəfinin qonağı olacaq və buna görə də görüşləri harada və kiminlə keçirə biləcəyinə tam nəzarət etmir.

Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Şençjendə keçiriləcək.

44 filmi