Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib
Digər ölkələr
- 23 sentyabr, 2019
- 19:55
ABŞ prezidenti Donald Tramp ona Nobel mükafatının verilməməsindən şikayətlənib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Pakistanın baş naziri İmran Xanla görüşü zamanı bildirib.
"Əgər onlar onu vicdanla versəydilər, mən müxtəlif şeylər üçün Nobel mükafatı alardım, amma bunu etmirlər", - deyə Tramp jurnalistlərə bildirib.
ABŞ prezidenti xatırladıb ki, sələfi Barak Obamaya 2009-cu ildə Nobel sülh mükafatı verilib.
"Onlar mükafatı Obamaya prezident postunu tutduqdan dərhal sonra verdilər və o özü anlaya bilmirdi, mükafatı nə üçün alıb. Və bilirsiniz nə var? Bu, Obamayla razı olduğum yeganə şeydir", - Tramp deyib.
Obama Nobel mükafatını "beynəlxalq diplomatiyanın gücləndirilməsindəki səyləri"nə görə alıb.
Son xəbərlər
12:18
Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib
Digər ölkələr12:17
Azərbaycandakı bankların depozit portfelinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:15
"Kəpəz" komandasında baş məşqçi Azər Məmmədovun köməkçiləri açıqlanıb
Futbol12:02
Argentinanın 50 min azarkeşi DÇ-2026-nın finalında komandanı dəstəkləmək üçün Nyu-Yorka gedib
Futbol12:00
Azərbaycandakı bankların öhdəliklərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:53
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb
Biznes11:45
Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib
Futbol11:40
Azərbaycandakı bankların vaxtı keçmiş kreditlərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə11:26