Tramp: İsrail Qəzzanın bombalanmasını dərhal dayandırmalıdır

Digər ölkələr
  • 04 oktyabr, 2025
  • 02:47
Tramp: İsrail Qəzzanın bombalanmasını dərhal dayandırmalıdır

İsrail girovları təhlükəsiz şəkildə azad etmək üçün Qəzza zolağının bombalanmasını dərhal dayandırmalıdır.

"Report"un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp TruthSocial sosial media platformasında yazıb.

O, Fələstinin radikal HƏMAS hərəkatının bəyanatına istinad edərək, qrupun "davamlı sülhə" hazır olduğunu vurğulayıb.

"İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları təhlükəsiz və tez bir zamanda çıxara bilək. Bunu indi etmək çox təhlükəlidir. Biz artıq işlənilməsi lazım olan detalları müzakirə edirik. Bu, təkcə Qəzzə ilə bağlı deyil, həm də Yaxın Şərqdə çoxdan gözlənilən sülhlə bağlıdır", - Tramp bildirib.

HƏMAS daha əvvəl rəsmi olaraq bütün israilli girovları azad etməyə və Qəzza zolağında atəşkəs üçün Trampın sülh planının detallarını müzakirə etməyə hazır olduğunu bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti