Tramp: İctimai fəal Kirkin qatilinin axtarışında irəliləyiş var

Digər ölkələr
  • 12 sentyabr, 2025
  • 04:52
Tramp: İctimai fəal Kirkin qatilinin axtarışında irəliləyiş var

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hakimiyyət orqanları amerikalı siyasi fəal Çarli Kirkin qatilinin axtarışında müəyyən irəliləyiş əldə edib.

"Report"un xəbərinə görə, Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

"Düşünürəm ki, irəliləyiş var", - Tramp Kirkin qatilini heyvan adlandırıb. "Ümid edirəm ki, onu yaxalayacağıq və onunla qanuna uyğun məşğul olacağıq", - o əlavə edib.

Prezident qatilin hansı motivləri rəhbər tutduğuna dair müəyyən mülahizələrin olduğunu da söyləyib.

Tramp məsələ ilə bağlı sualı cavablandırarkən "Təsəvvürlərim var, lakin onlar haqqında sizə sonra danışacağam" , - o deyib.

Xatırladaq ki, 2025-ci il sentyabrın 10-da Yutada Utah Valley Universitetində Amerikanın fəal mühafizəkar siması və ABŞ Prezidenti Donald Trampın yaxın tərəfdarı Çarli Kirk ictimaiyyət qarşısında çıxışı zamanı boyun nahiyəsindən güllə yarası alıb.

İlkin məlumatlara görə, güllə kampus binalarından birinin damından təxminən 180-200 metr məsafədən atılıb. Kirk ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, qısa müddət sonra dünyasını dəyişib.

Atəş açan şəxsin axtarışları davam edir.