Tramp ABŞ-nin silah ehtiyatlarının tükənməsinə dair iddiaları təkzib edib
- 06 avqust, 2026
- 09:45
ABŞ Prezidenti Donald Tramp bir sıra KİV-lər tərəfindən daha əvvəl yayımlanmış, Birləşmiş Ştatlarda silah ehtiyatlarının guya tükənməsi barədə məlumatı təkzib edib.
"Report" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social"da yazıb.
O bildirib ki, ABŞ əhəmiyyətli sursat ehtiyatlarına, xüsusən də onların ayrı-ayrı növlərinə malikdir, həmçinin onların istehsalını artırmağa davam edir.
D.Trampın sözlərinə görə, müdafiə şirkətləri ölkədə rekord sayda zavod və istehsal müəssisəsi inşa edir, sursat tədarükü isə zərurət yarandıqca həyata keçirilir:
"ABŞ-nin nəhəng sursat ehtiyatları, xüsusən də onların bəzi növləri üzrə ehtiyatları var. Bundan əlavə, zərurət yarandıqca böyük həcmdə sursat istehsal olunur və ABŞ-yə tədarük edilir. Müdafiə şirkətləri ölkəmizdə bütün tarix boyu rekord sayda zavod və istehsal müəssisələri inşa edirlər".
ABŞ lideri həmçinin silah çatışmazlığı barədə məlumatın yayılmasında əli olan şəxslərin axtarıldığını bəyan edib: "Bu bəyanatları yayanlar axtarılır və həbslərinə nail olacağıq".
"Reuters" agentliyi daha əvvəl mənbələrə istinadən məlumat verib ki, ABŞ ordusu İranla münaqişə zamanı uzaqmənzilli yüksək dəqiqlikli raket ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib.