Tramp: "ABŞ-Çin ticarət sazişinin birinci hissəsi iki həftə sonra tam hazır olacaq"

Digər ölkələr
  • 16 dekabr, 2019
  • 23:53
Tramp: ABŞ-Çin ticarət sazişinin birinci hissəsi iki həftə sonra tam hazır olacaq

ABŞ-Çin ticarət mübahisələrinin nizama salınması haqqında razılaşmanın birinci mərhələsi iki həftə ərzində tam razılaşdırılacaq. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Həqiqətən ən böyük (qalmış-red) məsələ köçürmədir. Saziş hazırdır. Ancaq köçürmə fövqəladə əhəmiyyətlidir", - ABŞ lideri Pekinlə nailiyyəti və Vaşinqtonla bir sıra ən kəskin ticarət mübahisələrinin həlli haqqında razılaşmaları şərh edərək bildirib.

ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laytayzer daha əvvəl təsdiq edib ki, nail olunmuş razılıqlar çərçivəsində Tramp dekabrın 15-də tətbiq edilməli olan Çin mallarına gömrük rüsumlarının artımından qeyri-müəyyən müddətə imtina etməyə razılaşıb.

O həmçinin qeyd edib ki, razılaşma yanvarın başlanğıcında, əvvəl planlaşdırıldığından fərqli olaraq hər iki ölkənin dövlət başçıları yox, ticarət nümayəndələri tərəfindən imzalanacaq.