Tokio mühacirlərə yardım məqsədi ilə 1,56 mlrd dollar ayıracaq

Digər ölkələr
  • 30 sentyabr, 2015
  • 01:23
Tokio mühacirlərə yardım məqsədi ilə 1,56 mlrd dollar ayıracaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Yaponiya höküməti suriyalı və iraqlı mühacirlərə dəstək məqsədi ilə 1,56 mlrd dollar ayıracaq. “Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe BMT Baş Assambleyasının 70-ci iclasında çıxışı zamanı deyib.

Abe bildirib ki, bu il Yaponiya bu məqsədlər üçün əvvəlki illərdən üç dəfə çox, yəni 810 mln dollar vəsait yönəldəcək.

Daha 750 mln dollar isə Yaxın Şərqdə və Afrikada sülh prosesinin formalaşmasına xərclənəcək.   

44 - Tezliklə