Mosulda terrorçular 232 nəfəri edam ediblər
Digər ölkələr
- 26 oktyabr, 2016
- 18:26
Bakı. 26 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının yaraqlıları Mosulun iki rayonunda ən azı 232 nəfəri edam ediblər.
"Report" xəbər verir ki, bu barədə yerli deputat, İraq Parlamentinin İnsan Haqları Komitəsinin rəhbəri Əbdül Rəhim əş-Şəmri məlumat verib.
"İŞİD terrorçuları Neynəva əyalətində vəhşiliklər törədirlər, onlar Hammam-əl-Əlil rayonunda Mosulun müxtəlif ərazilərində əsir götürdükləri 190 nəfəri edam ediblər", — deyə "Sputnik" Əş-Şəmrinin mətbuat xidmətinin bəyanatını sitat gətirir.
Deputatın məlumatına görə, daha 42 nəfər Əl-Aric kəndində İŞİD ilə əməkdaşlıqdan imtina etdiyinə görə öldürülüb.
Son xəbərlər
20:54
"Karina" qasırğası Sakit okeanda birinci kateqoriyaya qədər güclənib
Digər ölkələr20:37
Marseldə atışma zamanı ölən və yaralananlar var
Digər ölkələr20:21
İslandiyanın Baş naziri Aİ-yə daxil olmaqla bağlı danışıqlardan imtina etdiyini bildirib
Digər ölkələr20:18
Video
Şimali Kiprdə gəminin batması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-4
Region20:10
Ərdoğan sabah Bişkekə səfər edəcək
Region20:05
Premyer Liqa: "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
Futbol20:01
Girne sahillərində gəminin batması ilə bağlı 8 nəfər saxlanılıb
Region19:59
Fransanın "Zero Logement Vacant" platformasına haker hücumu olub
Digər ölkələr19:40