Suriyanın hərbi bazasına zərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib

Digər ölkələr
  • 16 aprel, 2018
  • 22:53
Suriyanın hərbi bazasına zərbələri İsrailin Hərbi Hava Qüvvələri endirib

Bakı. 17 aprel. REPORT.AZ/ Suriyanın Homs vilayətindəki Şayrat hərbi bazasına raket zərbələrini İsrailin Hərbi Hava Qüvvələri endirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Masdar" portalı məlumat yayıb.

Portalın məlumatına görə, zərbələr yerli vaxtla saat 01:10-da endirilib. 

Qeyd edək ki, daha əvvəl SANA agentliyi də hərbi bazaya raket zərbələrinin endirildiyini, lakin Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin raketləri vurduğunu xəbər verib.