​Suriyada törədilən iki terror aktı nəticəsində 17 nəfər həlak olub

Digər ölkələr
  • 26 yanvar, 2016
  • 08:49
​Suriyada törədilən iki terror aktı nəticəsində 17 nəfər həlak olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyanın Homs şəhərində törədilən terror aktları nəticəsində 17 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, gün ərzində şəhərdə iki terror aktı törədilib. Partlayışların Bəşşar Əsəd silahlılarına məxsus düşərgənin yaxınlığında törədildiyi bildirilib.