Suriyada hökumət qüvvələrinə məxsus hərbi təyyarə vurulub

Digər ölkələr
  • 12 mart, 2016
  • 20:30
Suriyada hökumət qüvvələrinə məxsus hərbi təyyarə vurulub

Bakı. 13 mart. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” təyyarəsi Hama əyalətindəki hərbi aerodrom ərazisində vurulub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbəsi məlumat verib.

Onun sözlərinə görə, pilot katapult edən zaman yerdən vurulub.