Əsəd rejimi devriləndən sonra Türkiyədən qayıdan suriyalıların sayı açıqlanıb

Digər ölkələr
  • 07 mart, 2025
  • 00:54
Əsəd rejimi devriləndən sonra Türkiyədən qayıdan suriyalıların sayı açıqlanıb

Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən qayıdan suriyalıların sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe iqamətgahındakı milli sərgi salonunda çıxışında deyib.

O bildirib ki, indiyə kimi 133 min suriyalı təhlükəsiz və ləyaqətli şəkildə ölkəsinə qayıdıb: “Beləliklə, ümumilikdə ölkəsinə qayıdan suriyalı qardaşlarımızın sayı 873 minə çatıb”.