Suriyada 5 gün ərzində 178 nəfər həlak olub
Digər ölkələr
- 11 fevral, 2015
- 23:45
Bakı. 12 fevral. REPORT.AZ/ Hökumət qüvvələrinin Dəməşqin iki ildir mühasirədə olan Şərqi Quta rayonuna ard-arda beş gün davam edən hücumları nəticəsində 178 nəfər həlak olub, 370-dən artıq insan yaralanıb.
"Report" xəbər verir ki, SNHR Suriya hüquq-mühafizə təşkilatının hesabatına görə, 5-9 fevral tarixlərində təşkil edilən hücumlar zamanı ölənlərin 143-ü dinc sakin, 35 nəfəri isə silahlı müxalifətçi olub.
Ümumilikdə 178 nəfər ölüb ki, onların da 28 nəfəri qadın, 29 nəfəri isə uşaqdır.
Sənədlərdə verilən məlumata görə, beş gün ərzində 60 nəfəri uşaq, 75 nəfəri qadın olmaqla ümumilikdə 370 şəxs yaralanıb.
Son xəbərlər
03:16
Liviyada neft emalı zavoduna daha bir zərbə endirilib - YENİLƏNİB
Digər ölkələr02:51
Yaponiya milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb
Maraqlı02:17
Almaniyada məhkəmə AfD tərəfdarlarının silah lisenziyalarından məhrum edilməsini təsdiqləyib
Digər ölkələr01:50
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb
Digər ölkələr01:14
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
Digər ölkələr00:56
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
Digər ölkələr00:22
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
Hadisə00:09
Konqoda eboladan ölənlərin sayı iki min nəfərə yaxınlaşır
Digər ölkələr23:56