Suriyada terrorçuların hücumu nəticəsində bir hərbçi həlak olub, dörd nəfər yaralanıb - YENİLƏNİB

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 01:59
Suriyada terrorçuların hücumu nəticəsində bir hərbçi həlak olub, dörd nəfər yaralanıb - YENİLƏNİB

Suriyanın Hələb şəhərinin şimalında Əşrəfiyə və Şeyx Maqsud rayonları ətrafında keçid hökumət qüvvələrinin qurduğu nəzarət-buraxılış məntəqələri PKK/YPG terrorçuları ("Suriya Demokratik Qüvvələri") tərəfindən atəşə tutulub.

"Report"un SANA-ya istinadən məlumatına görə, nəticədə bir hərbçi həlak olub, dördü isə yaralanıb.

Qruplaşmanın yaşayış məntəqələrini minaatandan atəşə tutması nəticəsində mülki şəxslər arasında yaralananların olduğu bildirilib.

Silahlıların hücumlarından sonra Rasulayn bölgəsində yerli xalqlar tərəfindən özünümüdafiə çərçivəsində səfərbərlik elan olunduğu məlumatı da paylaşılıb.

Suriya ordusu ilə PKK/YPG terror təşkilatı ("Suriya Demokratik Qüvvələri") arasında silahlı qarşıdurma yaşanır.

"Report" "Haberglobal"a istinadən xəbər verir ki, terrorçular Hələbin Şeyx Maqsud və Süryan məhəllələrində Suriya hərbçilərini toplarla atəşə tutub.

Suriyanın Müdafiə Nazirliyi terrorçuların yeni ərazilər ələ keçirmək üçün hücumlara başladığını təsdiqləyib.

Bildirilib ki, hərbçilər tərəfindən terrorçuların hücumunun qarşısının alınması istiqamətində tədbir görülür.

Son xəbərlər

Bütün Xəbər Lenti