Sudanda hərbi rejim 4 naziri sərbəst buraxıb

Digər ölkələr
  • 05 noyabr, 2021
  • 06:07
Sudanda hərbi rejim 4 naziri sərbəst buraxıb

Sudanda dövlət çevirlişindən 10 gün sonra tutlan 4 nazir sərbəst buraxılıb.

“Report” www.dw.coma istinadən xəbər verir ki, Sudandakı hərbi rejimin başçısı, general Abdel Fəttah əl-Burxan uyğun əmr imnzalayıb.

Bildirilib ki, əmrə əsasən, rabitə naziri Haşim Xasab əl-Rəsul, ticarət naziri Əli Ceddo, mədəniyyət və informasiya naziri Həmzə Balyula və idman naziri Yusef Adəm sərbəst buraxılıblar.

Məlumata görə, nazirlər sərbəst buraxılmazdan əvvəl BMT-nin Baş katibi Antonio Quterreşlə Sudandakı rejimin başçısı əl-Burxan arasında telefon danışığı olub. Baş katib onu hökumətin mülki üzvlərini, o cümlədən Baş nazir Abdulla Hamduku sərbəst buraxmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 25-də Sudan ordusu ölkənin Baş naziri Abdulla Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs edib. Baş nazir sonradan sərbəst buraxılıb, o, hazırda ev dustağıdır.