Stoltenberq Zelenskinin NATO sammitində iştirak edəcəyini təsdiqləyib

Digər ölkələr
  • 10 iyul, 2023
  • 12:11
Stoltenberq Zelenskinin NATO sammitində iştirak edəcəyini təsdiqləyib

NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyansın Vilnüsdə keçiriləcək sammitində iştirak edəcəyini təsdiqləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Litva Prezidenti Gitanas Nauseda ilə birgə keçirdiyi mətbaut konfransında deyib.

Y.Stoltenberq söyləyib ki, V.Zelenski Ukrayna-NATO Şurasının açılışında iştirak edəcək: “Biz siyasi əlaqələrimizi daha da gücləndirəcəyik”.

Stoltenberqin sözlərinə görə, sabah müttəfiqlər Ukraynanın NATO-ya üzvlük yolunu da müzakirə edəcəklər.

Qeyd edək ki, iclas iyulun 11-12 -də keçiriləcək.