Avropada sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
- 04 oktyabr, 2026
- 16:29
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ilin əvvəlindən bəri Avropa İttifaqı (Aİ) ölkələrinə edilən sığınacaq müraciətlərinin sayı ötən ilin müvafiq dövri ilə müqayisədə azalıb.
"Report" xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Avropa Sığınacaq Məsələləri Agentliyinin (EUAA) məlumatlarına istinadən yazır.
Hesabata əsasən, qaçqınların əksəriyyəti Almaniyaya Əfqanıstan (23%), Suriya (12%) və Türkiyədən (10%) gəliblər. Əfqanlar verilmiş müraciətlərin sayına görə bütün Avropada da liderlik edirlər (52 361).
Ümumilikdə Aİ ölkələrində, Norveç və İsveçrədə sığınacaq verilməsi ilə bağlı 452 969 müraciət qeydə alınıb ki, bu da 2025-ci ilin doqquz ayı (598 575) ilə müqayisədə 24,3% azdır. İlk üçlükdəki ölkələr Fransa (98 822), İtaliya (78 496) və Almaniyadır (70 257). Ən az müraciət Macarıstanda (83) və Slovakiyada (131) qeydə alınıb.