ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gələcək

Digər ölkələr
  • 05 fevral, 2019
  • 00:32
ABŞ-ın xüsusi nümayəndəsi sabah KXDR-ə gələcək

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-ın xüsusi nümayəndəsi Stiven Biqen Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

ABŞ Dövlət Departamentinə istinadən yayılan məlumatda bildirilir ki, səfər sabah – fevralın 6-da baş tutacaq. Səfərdə məqsəd ABŞ-la KXDR arasında keçiriləcək ikinci sammitə hazırlıqdır. 

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, o, Birləşmiş Ştatların prezidenti Donald Trampın Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşünün fevralın sonunda baş tutacağını güman edir.

44 - Tezliklə