Siyarto: Macarıstan Aİ-nin 13-cü sanksiya paketinə qarşı çıxmayacaq

Digər ölkələr
  • 19 fevral, 2024
  • 20:12
Siyarto: Macarıstan Aİ-nin 13-cü sanksiya paketinə qarşı çıxmayacaq
Reuters

Macarıstan Rusiyaya qarşı 13-cü sanksiya paketinin təsdiq olunmasının əleyhinə çıxmayacaq.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto onun feysbuk səhifəsində yayımlanmış mətbuat konfransında bildirib.

XİN başçısının sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin “Macarıstanın maraqlarına zərər vuran” bütün elementləri çıxarılıb, ona görə də Macarıstan onun təsdiqinə əleyhinə çıxmayacaq.

44 filmi