​Səudiyyə Ərəbistanında xəstəxanada yanğın olub, 25 nəfər ölüb, 107 nəfər yaralanıb

Digər ölkələr
  • 24 dekabr, 2015
  • 05:17
​Səudiyyə Ərəbistanında xəstəxanada yanğın olub, 25 nəfər ölüb, 107 nəfər yaralanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının cənub-qərbində Cizan əyalətindəki xəstəxanada gecə saatlarında baş verən yanğın nəticəsində 25 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumata görə, yanğın nəticəsində yaralananların sayı 107 nəfərə çatıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya köçürülüb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.