Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb

Digər ölkələr
  • 07 noyabr, 2022
  • 05:34
Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının şərqində Hərbi Hava Qüvvələrinə məxsus F-15S qırıcı təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

“Report” TASS-a istinadən məlumat verir ki, bu barədə yerli KİV-dən bildirilib.

Qeyd olunub ki, hadisəyə səbəb texniki nasazlıq olub.

Hadisə Dhahran şəhərindəki aviabazanın yaxınlığında baş verib. Pilotlar katapult ediblər, ölən olmayıb.

Qəzanın səbəblərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir.