Şavkat Mirziyoyev 20 milyard dollarlıq birgə investisiya planlarını açıqlayıb

Digər ölkələr
  • 17 iyun, 2026
  • 12:01
Şavkat Mirziyoyev 20 milyard dollarlıq birgə investisiya planlarını açıqlayıb

Özbəkistan sənayenin bir sıra əsas sahələrində 20 milyard dollar dəyərində birgə investisiya layihələri həyata keçirməyi təklif edib.

"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumunun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, söhbət maşınqayırma, robototexnika, tikinti materiallarının istehsalı, elektrotexnika və əczaçılıq kimi istiqamətlərdən gedir:

"Bildiyiniz kimi, Özbəkistan zəngin təbii sərvətlərə - qızıl, mis, uran, volfram, qaz və s. malikdir. Yeraltı sərvətlərimizin ümumi dəyəri 3 trilyon dollar qiymətləndirilir".

Ş.Mirziyoyevin sözlərinə görə, investisiyaların cəlb edilməsi üçün açıq rəqəmsal geoloji məlumat bazası yaradılacaq, hərraclara çıxarılan yataqların sayı isə dörd dəfə artacaq.

44 - Tezliklə